Kulinariya üzrə beynəlxalq diplom artıq CÀSÀ kulinariya mərkəzində! - FOTO

24 Oktyabr 2022 10:30

Bir çox xarici ölkələr müəyyən peşə üzrə ixtisaslaşmaq və beynəlxalaq diplom əldə etmək istəyənlər üçün fərqli təhsil proqramları təklif edirlər. Azərbaycanda da beynəlxalq təhsil almaq istəyənlər çoxdur və bunun üçün onlar dünyanın müxtəlif ölkələrinə üz tuturlar.

Son illər ölkəmizdə Turizm sektoru, o cümlədən, Otel və Restoran biznesi çox sürətlə inkişaf edir. Belə sürətli inkişaf hər il tədricən ixtisaslı kadr çatışmazlığına gətirib çıxarır ki, bu da şəhərimizdəki mehmanxana və restoranlarda xidmət səviyyəsinə təsir göstərir.

2021-ci ildə Azərbaycanda və MDB ölkələrində İngiltərə təşkilatı tərəfindən akkreditə olunmuş, beynəlxalq diplom və peşəkar kulinariya təhsili verən ilk və yeganə kulinariya mərkəzi olan CÀSÀ  Kulinariya sənətləri mərkəzi fəaliyyətə başlamışdır.   

Əvvəl CÀSÀ -nı tanıyaq

CÀSÀ kulinariya sahəsinə marağı olan və bu sahədə çalışmaq istəyənlər üçün böyük imkanlar təklif edir. Artıq kulinariyanın sirlərini xaricə getmədən elə ölkəmizdə də öyrənmək mümkündür.

CÀSÀ Mərkəzində Qida Hazırlama və Kulinariya sənəti - Aşpazlıq, Qənnadı Məmulatları və Şirniyyatçılıq, Qida və İçki Sahəsi üzrə, Kulinariya Sənəti və İdarəetmə üzrə 2-ci və 3-cü Dərəcəli Diplom Proqramları tədris olunur. 

Təklif olunan diplom proqramları City & Guids, London İnstitutu tərəfindən akkreditasiya olunub. İş yönümlü ixtisaslar üzrə aparıcı təşkilat olan City&Guids dünyanın 81 ölkəsində 8500 kollec və təlim mərkəzləri vasitəsilə 500-dən çox ixtisas təklif edir. Bu təşkilatın verdiyi diplomlar İngiltərə Təhsil Nazirliyi tərəfindən tanınmışdır və təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada tanınır.

CÀSÀ Kulinariya Sənətləri Mərkəzi həmçinin, Bakıda Worldchefs tərəfindən Keyfiyyətli Kulinariya Təhsili üzrə Kvalifikasiyanın tanındığı ilk peşəkar Kulinariya mərkəzidir. Worldschefs akkreditasiyası kulinariya sektorunda beynəlxalq tanınma deməkdir və keyfiyyətli kulinariya təhsili verən CÀSÀ Kulinariya Sənətləri Mərkəzinin etibarlılığını əks etdirir.

CÀSÀ -da kulinariya və şirniyyat sahələri üzrə praktiki dərslərin keçirildiyi mətbəxlər elə ilk görünüşündən adamı valeh edir. CÀSÀ mərkəzi dünyanın tanınmış şirkətlərinin mətbəx avadanlıqları ilə təchiz olunub və burada məqsəd tələbələrə peşəkar mətbəxlərdə yüksək keyfiyyətli avadanlıqlardan istifadə edərək kulinariya bacarıqlarını öyrətməkdir.

Əsas proqramdan əlavə, CÀSÀ Kulinariya Mərkəzində təhsil alan tələbələr tədris müddətində əlavə treninqlər keçir və kursu bitirdikdən sonra ingiltərə diplomu ilə yanaşı, digər beynəlxalq sertifikatlar da əldə edir.

Diplom proqramları ilə yanaşı CÀSÀ-da kulinariya üzrə qısamüddətli kurslar, eləcə də, Somelye, Barista, HACCP proqramları keçirilir və beynəlxalq sertifikat verilir.

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə CÀSÀ Kulinariya Mərkəzi arasında kulinariya sektorunun inkişafına dəstək məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb və bu əməkdaşlıq çərçivəsində otel/restoran sektorunda  bacarıqlarını və karyerasını inkişaf etdirmək istəyənlər  üçün müxtəlif treninq sessiyaları təşkil edilir.

Həmçinin, CÀSÀ Kulinariya Sənətləri Mərkəzi Azərbaycan Turizm Bürosu və Turizm Təlim və Sertifikasiya Mərkəzi ilə əməkdaşlıq edir və kulinariya, qida və içki sahələrində təlim kursları təşkil edir.

CÀSÀ və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı nəticəsində 2022-il oktyabr ayında İsveçrədə baş tutacaq Beynəlxalq Kulinariya Müsabiqəsi üçün "Worldskills Azerbaijan" qrupunun hazırlığı hazırda CÀSÀ mərkəzində həyata keçirilir.  

2022-ci il sentyabr ayında Kulinariya üzrə Sinqapurda keçirilən Asiya Çempionatında Azərbaycan komandası qızıl və gümüş və bürünc medallar qazanmışlar. Qeyd olunmalıdır ki, Azərbaycan komandasının iştirakçıları da CASA Kulinariya Mərkəzində təhsil almışdır. Azərbaycan komandasını qalibiyyətə aparan yemək növü milli mətbəximizin incilərindən biri olan "dolma" idi. 

Bütün bunlarla yanaşı, CÀSÀ məzunları Azərbaycanı dünyanın müxtəlif yerlərində keçirilən müsabiqələrdə təmsil edir.

Xarici və yerli mütəxəssislər tərəfindən tədris

CÀSÀ-da dərslər Avropa, Asiya, İngiltərədən və əlbəttə ki, Azərbaycandan dəvət olunmuş, "Le Cordon Bleu", "The College of Northwest London" və s.  kimi məşhur kulinariya məktəblərində tədris təcrübəsi olan və həmçinin, məşhur restoran və otellərdə təcrübə qazanmış aşpaz müəllimlər tərəfindən keçirilir.  Eyni zamanda qeyd edək ki, peşəkar diplom proqramları üzrə təhsil almaq üçün dünyanın bir çox yerindən CÀSÀ Mərkəzinə müraciət edirlər. Azərbaycanda təhsil alaraq əldə etdikləri diplom onların asanlıqla iş imkanları əldə etmələrini və karyera yüksəlişini təmin edir.

Təqaüd proqramları

Bəzən bu sahədə xüsusi bacarığı və perspektivi olan şəxslər maddi çətinliklərə görə arzuladıqları təhsili ala bilmirlər. Ancaq CÀSÀ -da bunun da çarəsi var. Belə ki, bunun üçün xüsusi təqaüd proqramları nəzərdə tutulub. Tələb olunan kateqoriyalara uyğun gələn namizədlər təqaüd alaraq təhsillərini davam etdirə bilərlər.

Təcrübə

Adətən məzun olan şəxslər iş üçün müraciət etdikdə onlardan təcrübə tələb olunur. CÀSÀ -da bu da düşünülüb, məzun olan tələbələr üçün karyera imkanları da var. Belə ki, CÀSÀ  "Saffron Group", "PMD Hotels" və bir çox məşhur restoranlarlar şəbəkəsi və otellərlə əməkdaşlıq edir və CÀSÀ məzunları yalnız nəzəri və praktiki təcrübə deyil, eyni zamanda tanınmış restoran və otellərdə təcrübə keçərək öyrəndiklərini real iş mühitində tətbiq edə biləcəklər.  

Dostlarla maraqlı vaxt keçirmək üçün məkan

Hər həftəsonu CÀSÀ -da kulinariyanın fərqli istiqamətləri üzrə xarici və yerli peşəkar aşpazların və kulinariya ustalarının masterklası keçirilir.

Həmçinin, şirkətlər və əməkdaşları üçün "Teambuilding"-lər təklif olunur, o cümlədən, siz öz Ad günlərinizi mərkəzimizdə maraqlı şəkildə qeyd edə bilərsiniz!

Bundan başqa CÀSÀ-da restoran da fəaliyyət göstərir. Burada siz, yerli və xarici aşpazlarımızın hazırladıqları zərif təamların dadına baxa bilərsiniz!

Bir sözlə, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır!