Rusiyada “Su-34” qırıcısının qəzaya uğramasının səbəbi məlum olub

24 Oktyabr 2022 07:35

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində "Su-34" qırıcısının qəzaya uğramasının səbəbi açıqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd olunub ki, uçuş zamanı iki qağayı "Su-34"ün mühərriklərinə daxil olub.

"Onların parçaları mütəxəssislər tərəfindən təyyarənin qalıqlarını araşdırarkən tapılıb. Bu hal təyyarənin mühərriklərindən birinin alışmasına və qəzaya uğramasına səbəb olub", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində "Su-34" qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində 3-ü uşaq olmaqla 15 nəfər ölüb.

Milli.Az