Gəncədə 25 yaşlı gənc bıçaqlandı

23 Oktyabr 2022 23:00

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 2002-ci il təvəllülü Əli Məmmədov 1997-ci il təvəllüdlü Elşən Rəfiyevi qarın nahiyəsindən bıçaqlayıb.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

Milli.Az