Ələt-Astara yolunda maşın yandı

23 Oktyabr 2022 22:58

Salyan rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Salyan rayonu (Ələt-Astara avtomobil yolunun 61-ci kilometrliyi) ərazisində "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az