İranlı təlimatçılar Rusiyaya kömək üçün Belarusa getdilər

23 Oktyabr 2022 19:53

İranlı təlimatçılar Ukraynadakı infrastruktur obyektlərində "Şahed-136" kamikadze pilotsuz təyyarələrin buraxılışını koordinasiya işində Rusiyaya kömək etmək üçün Belarusa yola düşüblər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Qomel vilayətinin Mikuliçi kəndində İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri görünüb.

Milli.Az