Rusiyada qırıcı evə düşdü: pilotlar həlak oldu - YENİLƏNİB - VİDEO - FOTO

23 Oktyabr 2022 15:12

15:12

Rusiyanın İrkutsk vilayətində Su-30SM hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb.

Milli.Az bildirir ki, hadisə Novo-Lenino rayonunda, Prjevalski küçəsində qeydə alınıb.

Sınaq uçuşunda olan Su-30SM qırıcısının yerə düşməsi nəticəsində pilotların ikisi də həlak olub.

İlkin məlumatlara görə, qəzaya səbəb pilotların səmada olarkən kabində hava çatışmazlığından boğulmaları olub.

-------
14:57

Rusiyanın İrkutsk vilayətində "Su-30" hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev teleqramda yazıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisədən sonra başlayan yanğının sahəsi 200 kv.m-ə çatıb. 

Hadisə yerində yanğınsöndürmə və xilasedicilər işləyir.

Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Milli.Az