"Qadını pis yola çəkən kişidir"

23 Oktyabr 2022 17:22

"Qadını xoşbəxt etmək çətin deyil, onlar diqqət istəyir. Öz ananı sevdiyin kimi həmin qadını istəsən, o sənin hər zaman qulluğunda hazır olacaq".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə "Açıq söhbət" verilişində deyib. O, ailədə yaranan problemlərə görə kişiləri günahlandırıb:

"Bəylər evlənənə qədər qadının arxasınca sürünür, ailə qurduqdan sonra diqqət azalır. Günah qadında deyil. Qadını pis yola çəkən kişidir. Kişilər kişi olsalar, qadınlarımız pis yola getməzlər".

Milli.Az