Naməlum pilotsuz təyyarə Suriyanın cənub-şərqindəki "Ömər" neft yatağında yerləşən ABŞ hərbi bazasına zərbə endirib.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Livanın "Əl-Mayadin" telekanalı məlumat yayıb.
"Naməlum PUA Deyr əz-Zor əyalətinin şərqindəki "Ömər" yatağındakı ABŞ hərbi bazasına bir neçə raket hücumu həyata keçirib, dağıntının miqyası hələ dəqiq deyil", - telekanal bildirib.
Qeyd olunub ki, bundan sonra bazada bir neçə partlayış səsi eşidilib.
Telekanalın məlumatına görə, ABŞ hərbçiləri daha sonra hücuma cavab olaraq Mayadin şəhəri yaxınlığındakı kənd təsərrüfatı sahələrinə artilleriya zərbələri endirib.
Milli.Az