Almaniya inflyasiyaya görə hərbi planları təxirə salır

23 Oktyabr 2022 15:39

Yüksək inflyasiya və avronun zəifləməsinə görə Almaniya bəzi hərbi proqramları təxirə salıb.

Milli.Az APA-ya istinadən bildirir ki, büdcənin vəziyyəti yeni arsenalın alınmasına imkan vermir. HDQ və HHQ sahəsində vəziyyət daha ağırdır. İnflyasiya bütün proqramlara təsir göstərib. Bura il növbədə "K130" gəmiləri və "Eurofighter" təyyarələrinin alınması daxildir.

Milli.Az