Donald Tramp dinləmələr üçün Konqresə çağırılıb

23 Oktyabr 2022 13:38

ABŞ Konqresinin Nümayəndələr Palatasının 2021-ci ilin yanvarında Kapitoliyə hücumu araşdıran xüsusi komitəsi sabiq prezident Donald Trampı dinləmələrə çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, sabiq prezidentdən noyabrın 4-dək müvafiq sənədləri təqdim etmək və 14 noyabrdan etibarən dinləmələrdə iştirak etmək tələb olunub.

Donald Trampın Konqresin çağırışına münasibəti hələ ki məlum deyil.

Milli.Az