Masallı sakinini qatar vurub

23 Oktyabr 2022 12:43

Ağstafada 22 yaşlı oğlanı qatar vurub.

Hadisə rayonun Böyük Kəsik stansyasının yaxınlığında qeydə alınıb.

Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Əlizadə Abdullayevi dəmiryollu xəttini keçən zaman qatar vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az