Daşkəsəndə “Niva” aşıb, sürücü ölüb

23 Oktyabr 2022 11:59

Daşkəsəndə ölümlə nəticələn yol qəzası baş verib.

Hadisə rayonun Xoşbulaq kəndinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "Niva"ın sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü - Xoşbulaq kənd sakini Ramin Qurbanov hadisə yerinədə ölüb, 2 nəfərin yüngül xəsarət aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az