Sürücülərin NƏZƏRİNƏ: bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

23 Oktyabr 2022 09:11

Oktyabrın 23-də duman ilə əlaqədar olaraq Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Giləzi-Xızı, Qaraməryəm-İsmayıllı-Şəki, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu barədə Milli.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Milli.Az