İranın XİN başçısı erməni dilində yazdı: "Ermənistanı sevdim, çox məmnunam" - FOTO

22 Oktyabr 2022 23:29

"Ermənistanda mənim baş nazir Nikol Paşinyanla Cənubi Qafqazın təhlükəsizliyi, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və xarici qüvvələrin müdaxilə etməməsi məsələləri ilə bağlı mühüm görüşüm oldu. Ermənistanı sevdim, çox məmnunam

Milli.Az bildirir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Twitter-dəki mikrobloqunda əvvəl fars, sonra erməni dilində belə yazıb.

"Biz Şimal-Cənub tranzit yoluna, iki ölkə arasında ticarət və turizmin inkişafına böyük əhəmiyyət veririk. Məhz bu məqsədlə İranın Qafanda Baş Konsulluğu açılıb", - Abdullahian vurğulayıb.

Qeyd edək ki, diplomat iki günlük Ermənistan səfərinin son günündə parlament sədri Alen Simonyan və baş nazir Nikol Paşinyanla görüşüb.

Milli.Az