Rusiya ordusu Ukraynaya 40 raket atıb

22 Oktyabr 2022 22:38

Bu gün Rusiya ordusu Ukraynaya 40 raket və 16 zərbə PUA-sı atıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, raket və PUA-lar vasitəsi ilə vacib infrastruktur və mülki obyektlərə zərbə endirilib. Bu zaman müharibə qanunları və adətləri pozulub. Raketlərlə əsasən Çerkassk və Xmelnitsk şəhərlərindəki obyektlər vurulub.

Milli.Az