Tbilisidə partlayış - Yaralılar var

22 Oktyabr 2022 14:04

Gürcüstanın paytaxtı Tbilisidə partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, partlayış Lagidze küçəsində qeydə alınıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Məlumata görə, partlayış əl qumbarası ilə törədilib.

Hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub, araşdırma aparılır.

Milli.Az