Xalq artisti ona "sən" deyən şəxsə əsəbiləşdi

22 Oktyabr 2022 18:12

Xalq artisti Mehriban Zəki başına gələn hadisəni instaqram izləyiciləri ilə bölüşüb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa tanımadığı şəxsin ona "Sən" deyə müraciət etməsinə əsəbiləşdiyini deyib:

"Siz, sən, sənsiz... Lütfən. Təklif aldığım işi bitirib məkanı tərk etmək üçün qaranlıq pilləkənlərlə enirdim. Aşağıdan çox səliqəli geyinmiş, boylu-buxunlu, görünüşündən çox mədəni, ziyalı görünən bir bəy pilləkənləri qalxmaq üçün yaxınlaşdı. Pillələrin artıq ortasında olan mən dar yerdə toqquşmamaq üçün tələsik deyirəm: mən tez düşüm. Cavab: sən düş, sonra biz qalxaq. Dedim, yəqin Nikolayla qohumluğu var".

Milli.Az