Arzu Rzayev: «Mən Alim Qasımov qədər gərəkliyəm»
27 Yanvar 2010 09:45
Day.Az saytına müsahibəsində o, oxuduğu mahnıların "sözün tam mənasında mahnı adlandırılmasının" mümkün olmadığını etiraf edib. "Lakin təəssüf ki, həyatda bəzən insan istəmədiyi işlə məşğul olmalı olur", - deyə A.Rzayev qeyd edib.
Toylara nadir hallarda getdiyini, gedən zaman da pulsuz oxuduğunu deyən müğənni ifaçılıq fəaliyyətini belə izah edib: "Mən daha çox xaricdə yaşayan həmvətənlərimiz üçün oxuyuram. Mən onlara məsələn, Azərbaycandan çox xaricdə konsertlər verən Alim Qasımov qədər gərəyəm".
Milli.Az