Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar oldu - FOTO

22 Oktyabr 2022 11:32

Bu gün Zəngilan Beynəlxalq Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib.

AZAL-dan verilən məlumata görə, uçuş "Buta Airways"in "Khankendi" təyyarəsi ilə baş tutub.

Qeyd edək ki, reysin sərnişinləri "Zəfər yürüşü" idman yarışında iştirak edəcək idmançılar və media nümayəndələri olub.

Milli.Az