Məktəbliləri döyən satıcı saxlanıldı: “Səs-küy salırdılar...” - VİDEO

22 Oktyabr 2022 15:08

İstanbulun Kağıthane məhəlləsində dəftərxana ləvazimatları satıcısı iki azyaşlı məktəbliyə qarşı fiziki güc tətbiq edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, satıcı bu əməlini mağazasına yerləşdirdiyi təhlükəsizlik kameralarının qarşısında həyata keçirib.

Artıq polislər satıcını saxlayıb. İlkin dindirilmə zamanı satıcı bildirib ki, uşaqlar onun dükanında səs-küy salıb və xəbərdarlığına məhəl qoymadıqları üçün onları cəzalandırmaq qərarına gəlib.

Milli.Az