Baxmut "Qrad"lardan atəşə tutuldu: yaralılar var

22 Oktyabr 2022 08:04

Rusiya qoşunları Donetsk vilayətinin Baxmut şəhərini "Qrad"lardan atəşə tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Milli Qvardiyasından məlumat verilib.

Məlumatda qeyd edilir ki, rus hərbçilərinin davamlı atəşə tutulması səbəbindən şəhərdə vəziyyət kritikdir.

Rusiyanın zərbələri nəticəsində yaralıların olduğu bildirilib.

Milli.Az