Keşikçidağla bağlı Tiflisdən açıqlama: Həllini tapacaq

22 Oktyabr 2022 08:02

Keşikçidağ məsələsi müvafiq komissiyanın fəaliyyəti çərçivəsində həllini tapacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib.

O, Gürcüstan və Azərbaycanın dinamik əlaqələrə malik iki strateji tərəfdaş ölkə olduğunu vurğulayıb:

"Hazırda bizim iki ölkə arasında əlaqələrimiz çox dinamikdir. Biz hər iki ölkənin bir-birinə doğru atdığı addımları yüksək qiymətləndiririk. Qareci (Keşikçidağ - red.) məsələsinə gəldikdə isə bunun konkret yeri var, müvafiq komissiya çərçivəsində bu məsələ həllini tapacaq. Biz azərbaycanlı tərəfdaşlarımızla bu istiqamətdə ünsiyyəti və məsləhətləşmələri davam etdirəcəyik".

Milli.Az