Zelenski qadınlarla bağlı qanunu təsdiqlədi

22 Oktyabr 2022 08:52

Ukrayna Prezidenti Volodimir Zelenski qadınların könüllülük əsasında hərbi xidmətdə qeydiyyata alınması haqqında qanunu imzalayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, müvafiq sənəd Ali Radanın saytında dərc olunub.

Qeyd edək ki, oktyabrın 7-də Ukrayna parlamenti peşəsi hərbi ixtisasa yaxın olan, yaşı və sağlamlıq vəziyyəti imkan verdiyi halda qadınların könüllü şəkildə hərbi qeydiyyata alınması haqqında qanun qəbul edib.

Milli.Az