Qadın güləşçimiz gümüş medal qazanıb

22 Oktyabr 2022 07:15

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, qadın güləşçimiz Nigar Mirzəzadə (65 kq) təsnifat mərhələsində ispaniyalı Nerea Blankoya şans tanımayıb - 7:1. Güləşçimiz dörddəbir finalda qazaxıstanlı Dariqa Abenə "tuşe" ilə qalib gəlib. Yarımfinalda italiyalı Elena Espositonu 3:2 hesabı ilə məğlub edən N.Mirzəzadə finala yüksəlib.

Təmsilçimiz həlledici görüşdə sentyabrda böyüklər arasında dünya çempionu olmuş yaponiyalı Miva Morikavaya (0:10) məğlub olaraq gümüş medal qazanıb.

Milli.Az