Fransa Avropa Energetika Xartiyası Müqaviləsindən çıxmaq niyyətindədir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
"Biz tam elektrikləşdirilmiş qitə kimi Avropaya keçidi mümkün qədər tez həyata keçirmək istəyirik. Bu baxımdan, burada açıq şəkildə qeyd etmək istərdim ki, Fransa çoxlarının tələb etdiyi kimi, Avropa Energetika Xartiyası Müqaviləsindən çıxmaq qərarına gəlib", - Makron qeyd edib.
Milli.Az