ABŞ hökuməti İranla bağlı Maskla müzakirə aparır

21 Oktyabr 2022 20:52

ABŞ administrasiyası İran daxilində "Starlink" sisteminə çıxışı təmin etmək üçün milyarder Elon Mask ilə müzakirələr aparır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə CNN məlumat yayıb.

"Ağ Ev İlon Mask ilə İranda "Starlink" internet xidmətinin yaradılması imkanını müzakirə edir", - məlumatda bildirilib.

Qeyd olunub ki, "Starlink" İranda internetə girişin təhlükəsizliyini təmin edəcək.

Milli.Az