Azərbaycanda qar yağıb - FOTO

21 Oktyabr 2022 21:32

Gədəbəy və Daşkəsən rayonuna qar yağıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün axşam saatlarından ucqar kəndlərə qar yağmağa başlayıb.

Daşkəsən rayonunun Qabaqtəpə, Xoşbulaq, Təzəkənd, Alaxançalı, Astaf, Zivlən və Qaraqollar kəndinə qar yağıb.

Hazırda yağıntı davam edir.

Qeyd edək ki, Qərb bölgəsində qeyri-sabit hava şərati davam edir.

Milli.Az