Trampın keçmiş müşaviri həbs olundu

21 Oktyabr 2022 19:54

Donald Trampın keçmiş müşaviri Stiv Bannon keçən il Kapitol iğtişaşını araşdıran Konqresin müvafiq komitəsi ilə əməkdaşlıqdan imtina etdiyinə görə 4 aylıq həbs cəzasına məhkum edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, həmçinin 6500 dollar cərimələnib.

Bannon iş üzrə apellyasiya şikayəti verməyi planlaşdırır və hakim apellyasiya prosesi başa çatana qədər onu azadlığa buraxıb.

Milli.Az