Molla rejimi Azərbaycan milli rəqs məktəbini bağladı - FOTO

21 Oktyabr 2022 15:42

İranda Azərbaycan mədəniyyətinə qarşı ayrı-seçkilik siyasəti davam edir. Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində "Göylər" Azərbaycan milli rəqs məktəbi bağlanıb.

Milli.Az bildirir ki, Azərbaycan rəqs məktəbinin qapadılması Mehdi Babazadənin oxuduğu "Canan" Azərbaycan mahnısının klipində bir neçə azyaşlı uşağın rəqs etməsi ilə bağlı olub.

Məhkəmə orqanlarının işçiləri klipin yayılmasından sonra rəqs məktəbinə girib, müəllim və şagirdləri oradan çıxararaq məktəbin qapısını plomblayıblar.

Milli.Az