Zaman amansızcasına uçur, artıq yaydan əsər-əlamət qalmayıb. Açıq havada gəzintilər artıq bir o qədər aktual deyil. Belə anlarda isti kinoteatrda gizlənərək yeni bir film izləmək istəyirsən. Oktyabr ayında tamaşaçılar böyük ekranda superqəhrəmanları və cəsarətli döyüşçüləri görəcək.
Oktyabrın 20-dən Park Cinema kinoteatrlar şəbəkəsində nümayiş olacaq filmləri sizə təqdim edirik.
"Black Adam" - DC studiyasından gözlənilən premyera:
Janr: Fantastika, ekşn.
Baş rollarda: DueynConson, Sara Şahi, PirsBrosnan.
Film haqqında qısa məlumat:
Misir tanrıları güclərini əldə etdikdən sonra, Qara Adam (Conson) düşmənləri tərəfindən əbədi həbs olunur. 5000 il sonra yer üzündəki məzarından azad edilən Adam müasir dünyaya düşür və burada ədaləti bərpa etməyə qərar verir.
"Sevmedim deme" - Türkiyə istehsalı dram filmi:
Janr: Dram, bioqrafiya.
Baş rollarda: Kurtuluş Kuş, Aytaç Uşun, Burak Bulut, Ceyda Ateş.
Film haqqında qısa məlumat:
Filmdə iki gənc bir-birilərini tanımasalarda eyni məqsəd üçün musiqi sayəsində birləşir və inanılmaz məşhurluq qazanırlar. Bu məqsədlərinə çatmaq üçün keçdikləri çətinliklər ilə daha yaxından tanış olacaqsınız.
"Orta əsr" - Sevgi, namus və azadlıq naminə:
Janr:Tarix, Döyüş, Drama.
Baş rollarda:Ben Foster, Sofi Lou, Maykl Keyn.
Film haqqında qısa məlumat:
Roma İmperiyası qanlı xaosa uğradıqca boş taxt uğrunda qanlı döyüşlər başlayır. Muzdluların cəsur lideri Yan siyası oyunun hiyləgər hərəkətinə həvəssiz də olsa razılaşır: nüfuzlu əyanın taxta sarı yolunu kəsmək məqsədi ilə onun nişanlısını qaçırmaq lazımdır. Özündən asılı olmadan Yanda girovuna qarşı güclü hisslər yaranır.
"Hızlı ayaklar:Olimpiyat yolunda" - uşaqlar üçün ideal seçim:
Janr:Animasiya, Macəra.
İstehsal ölkəsi: Türkiyə
Film haqqında qısa məlumat:
"Hızlı ayaklar:Olimpiyat yolunda", qarşısındakı maneələri dəf edərək məqsədinə çatmağa çalışan bir gəncin hekayəsindən bəhs edir. İdman karyerasında uğurla irəliləyən Əli öz sahəsində ən yüksək ada layiq görüldüyü anda zədə alır. Bu səbəbdən idmanı tərk etməli olan Əli idman mağazasında işləməyə başlayır.
Hazırda Park Cinema kinoteatrlar şəbəkəsinin yaratdığı sərfəli fürsətlərdən yararlanaraq filmləri izləyə bilərsiniz. Belə ki, hər gün saat 17:00-dək bütün biletlərin qiyməti 50% endirimlə təqdim olunur. Xüsusən ailələr üçün isə gün boyu 50%endirim aktivdir.
Biletləri əldə etmək üçün www.parkcinema.az saytına keçid edə bilərsiniz.