Keçmiş deputat vəfat etdi - FOTO

21 Oktyabr 2022 14:08

İctimai-siyasi xadim, keçmiş deputat Surxay Tağızadə 90 yaşında vəfat edib.

Milli.Az modern.az-a istinadla xəbər verir ki, bu barədə mərhumun qohumları bildiriblər.

Qeyd edək ki, S.Tağızadə 1985-1990-cı illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. O, bir sıra dövlət qurumlarında məsul vəzifələrdə çalışıb.

Mərhum respublikanın əməkdar kənd təsərrüfatı işçisi idi.

Milli.Az