Azərbaycanlı müğənni Türkiyədə ərə gedib?

21 Oktyabr 2022 16:28

Müğənni Aysel Əlizadənin evlənib boşandığı iddia olunub.

Milli.Az olay-a istinadən yazır ki, bu barədə ifaçı Sevinc Ağaşirinova "Səhər mərkəzi" proqramında danışıb.

O bildirib ki, Aysel Əlizadə gizli şəkildə Türkiyədə ailə qurub, daha sonra isə izdivacı uğursuz alındığı üçün boşanıb:

"Türkiyədə yaşayırdı. Eşitmişdim ki, orada ərə gedib. Sonra dedilər, boşanıb. Özündən eşitməmişdim, evləndiyini dedilər, söylədim ki, Allah xoşbəxt etsin. Haradasa 1 ildir məlumatım yoxdur".

Qeyd edək ki, bir müddət əvvəl A. Əlizadə sosial media hesabını bağlayıb, gözlərdən itmişdi. Gizli evliliyin də bu dövrə təsadüf etdiyi güman olunur.

Milli.Az