16 yaşlı tələbə qız Moskva vilayətinin Rayki kəndi yaxınlığında onu zorlamaq istəyən kişinin dilini dişləyərək qurtula bilib.
Milli.Az bildirir ki, MK-nın məlumatına görə, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib.
Qız avtobus dayanacağından evə gedərkən manyak ona hücum edib. Qızın dediyinə görə, o, asiyalı görünüşlü idi və gözündə tibbi sarğı olub. Hücum zamanı tələbə müqavimət göstərməyə başlayıb, cinayətkarı yerə yıxıb və dilini dişləyib. Daha sonra qız, hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində dilin fraqmentləri aşkar ediblər.
İrfan Vəliyev
Milli.Az