Avropa Liqası: "Arsenal" növbəti mərhələyə vəsiqəni təmin edib

21 Oktyabr 2022 08:54

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində təxirə salınmış oyun baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, İngiltərənin "Arsenal" klubu Niderlandın PSV klubunu qəbul edib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunda yeganə qolu Qranit Caka 71-ci dəqiqədə vurub.

Qeyd edək ki, qrupdakı xallarının sayını 12-yə çatdıran "Arsenal" növbəti mərhələyə vəsiqəni təmin edib.

Milli.Az