Şəmkir sakini spirtli içkidən öldü

20 Oktyabr 2022 23:22

Şəmkir sakini spirtli içkinin təsirindən ölüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Şiştəpə kənd sakini, 1985-ci il təvəllüdlü Şahin Məmmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlər 37 yaşlı kişiyə yardım etsələr də, o, xəstəxanada ölüb. İlkin məlumata görə, ürək çatışmazlığı olan Ş. Məmmədov ağır dərəcəli sərxoş olduğundan keçinib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az