Ermənistan mətbuatının yaydığı bu məlumat yalandır - MN

20 Oktyabr 2022 19:04

Azərbaycan Ordusunun bölmələrinin guya qarşı tərəfin mövqeləri istiqamətində oktyabrın 20-si saat 16:30 radələrində atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatın heç bir əsası yoxdur, tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

"Məlumatı qəti surətdə təkzib edirik", - deyə nazirlik bildirir.

Milli.Az