Rusiyanın Əməkdar artisti Anna Bolşovanın maşını idarə edərkən vurduğu qadın həlak olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "shot" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 14-nə keçən gecə Kaluqa vilayətinin Qraçevka kəndində baş verib. Aktrisa "Audi" markalı avtomobilini tək idarə edib.
Bolşovanın sözlərinə görə, o, qaranlıqda piyadanı görməyib və qəza baş verib. O, hadisə yerinə təcili yardım və polis çağırıb. Zərərçəkmiş aldığı ağır xəsarətlər səbəbindən həkimlər gələnə qədər yerindəcə dünyasını dəyişib.
Milli.Az