Aşıq Zülfiyyə verilişə "Lexus"u ilə gəldi - VİDEO

21 Oktyabr 2022 04:22

Aşıq Zülfiyyə ATV kanalında yayımlanan "Günün Sədası" verilişinə qonaq olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, o, televiziyaya bahalı avtomobili ilə gəlib. Zülfiyyəni verilişin çəkiliş qrupu çöldə qarşılayıb.

Qara rəngli "Lexus" markalı avtomobilindən düşən sənətçi əvvəl maşının həyat yoldaşına aid olduğunu bildirib. Daha sonra "Lexus"dan xeyli qadın ətirləri olduğu və avtomobilin aşığa aid olduğu müəyyənləşib.

Zülfiyyə açıqlaması zamanı 40 ildir maşın idarə etdiyini deyib. Aşıq bu illər ərzində avtomobil qəzası keçirdiyini də etiraf edib.

Milli.Az