Zəngilan aeroportunu görən Ərdoğandan maraqlı reaksiya - VİDEO

20 Oktyabr 2022 13:37

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyə Prezidentinin təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanına eniş edib.

Türkiyə Prezidenti təyyarədən enərkən bir neçə saniyə ərzində pilləkəndə dayanaraq ətrafa nəzər yetirib. Daha sonra Ərdoğan əli ilə hava limanını bəyəndiyinə işarə edib. 

Milli.Az