Ərdoğan Azərbaycana gəlib - Zəngilan Hava Limanında ilk rəsmi qarşılanma - VİDEO - FOTO

20 Oktyabr 2022 12:45

12:45

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

-------

11:36

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, Zəngilanda bir sıra rəsmi tədbirlərdə iştirak edəcək.

R.T.Ərdoğanı səfər çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və digər rəsmi şəxslər müşayiət edir.

Milli.Az