Görüş üçün təyyarə icarəyə götürən tələbə faciəvi şəkildə öldü

20 Oktyabr 2022 20:04

ABŞ-ın Corciya ştatında bir tələbəni qızla görüş üçün kirayəyə götürdüyü tək mühərrikli təyyarənin pərvanəsi vuraraq öldürüb.

Milli.Az bildirir ki, bu barədə Associated Press xəbər verib.

21 yaşlı Sani Aliya sevgilisi ilə birlikdə təyyarəyə minib, daha sonra aerodroma qayıdıb. Nərdivanla enən cütlük müxtəlif istiqamətlərə gedib: qız təyyarənin arxasına, tələbə isə ön tərəfə keçib. Nəticədə Aliya fırlanan pərvanənin altında qalıb və başını zədələyib.

Gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Polisin məlumatına görə, hadisədə heç kimin günahı olmayıb və ölümə səbəb qəza olub.

İrfan Vəliyev
Milli.Az