Yayda Türkiyədə dincəlmək istəyənlərə bəd xəbər

20 Oktyabr 2022 08:08

2023-cü ilin yayında Türkiyədə tətil Rusiya vətəndaşlarına ötən mövsümlə müqayisədə 15-20% baha başa gələcək.

Bu barədə Rusiya Tur Operatorları Assosiasiyası  məlumat yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qurum türkiyəli ekspertlərin rəyinə əsasən belə qənaətə gəlib.

Ege Dənizi Turoperatorları və Hotelçilər Assosiasiyasının prezidenti, həmçinin Türkiyə Hotelçilər Assosiasiyasının vitse-prezidenti Bülənt Bülbüloğlu bildirib ki, turların qiymətinin artması ilə əlaqədar bir çox istirahət edənlər tətil müddətini azaltmalı olacaqlar.

Türkiyə Hotelçilər Assosiasiyasının prezidenti Müberra Eresinin sözlərinə görə, hotel qiymətləri artıq 20% bahalaşıb, bəzi hallarda isə qiymət artımı 50%-ə çatır. Onun proqnozuna görə, növbəti mövsüm Türkiyə üçün əvvəlkindən qat-qat sərfəli olacaq.

Milli.Az