Zelenski Ukraynanın üç enerji obyektinin dağıdıldığını açıqlayıb

20 Oktyabr 2022 08:28

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə üç enerji obyektinin dağıdıldığını bildirib.

Bu barədə o,"Telegram" kanalında yazıb.

"İnfrastruktura yeni ziyan dəyib. Üç enerji obyekti dağıdılıb", - deyə bildirilib.

Zelenski bu gün vətəndaşlardan elektrik istehlakını mümkün qədər azaltmağı xahiş edib.

Bundan əvvəl Ukrayna prezidentinin aparatının rəhbərinin müavini Kirilo Timoşenko bildirib ki, cümə axşamı saat 7:00-dan 23:00-dək ölkənin bütün regionlarında elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq. Şəhərlərdə küçə işıqlarından istifadə də məhdudlaşdırılacaq.

Milli.Az