Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 96 m² olan ikimərtəbəli obyektin (1-ci mərtəbəsi geyim mağazası, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) zirzəmisinin giriş hissəsində istifadəyə yararsız əşyalar 2 m² sahədə yanıb, yüksək temperaturdan qismən 1 ədəd rəf qarsalanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Obyekt yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az