ATƏT Ermənistana qiymətləndirmə qrupu göndərəcək

19 Oktyabr 2022 23:23

ATƏT oktyabrın 21-27-də Ermənistan hökumətinin dəvəti ilə bu ölkəyə ehtiyacların qiymətləndirilməsi qrupu göndərəcək.

Milli.Az "report"a istinadən bildirir ki, səfərin məqsədi ATƏT-in inteqrasiya olunmuş təhlükəsizlik konsepsiyası çərçivəsində onun mandatı və təcrübəsi əsasında müəyyən sərhədyanı ərazilərdə vəziyyəti qiymətləndirməkdir.

Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyu ərazilərə səfər edəcək, eləcə də yerlərdə beynəlxalq tərəfdaşlarla məsləhətləşəcək.

Milli.Az