Ərdoğan Zelenski ilə danışıb

19 Oktyabr 2022 22:01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilir ki, prezidentlər Türkiyə-Ukrayna müharibəsinə dair son prosesləri müzakirə ediblər.

Bundan başqa, Türkiyə Prezidenti Bartındakı daş-kömür mədənində baş verən partlayışdakı insan tələfatına görə başsağlığı verdiyinə görə Prezident Zelenskiyə minnətdarlığını bildirib.

Milli.Az