Almaniyanın bu hərəkəti rəsmi Kiyevdə qıcıq yaratdı

19 Oktyabr 2022 22:29

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer oktyabrın 20-nə planlaşdırılan Kiyev səfərini ləğv edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "BILD" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Ştaynmayerin Ukraynanın paytaxtına səfəri bir neçə həftə ərzində razılaşdırılıb. Lakin Almaniya dövlət başçısının ofisi səfərin ləğvini "təhlükəsizlik səbəbi ilə" əsaslandırıb.

Rəsmi Kiyevdə belə bir addım narazılıq və hətta qıcıq yaradıb.

"Almaniya Prezidenti səfərini ləğv edərkən, hazırda Ukraynanın paytaxtında olmaq istəyən çoxlu xarici diplomatlar və qonaqlar var", - Ukrayna hökumətinin sözçüsü "Bild"ə deyib.

Milli.Az