Ukrayna Silahlı Qüvvələri dörd raket, bir helikopter və 13 PUA vurub

19 Oktyabr 2022 21:41

Ukrayna Silahlı Qüvvələri Rusiyanın dörd qanadlı raketini, bir "Ka-52" helikopterini və 13 "Şahed-136" pilotsuz uçuş aparatını vurub.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, müdafiə qüvvələrinin aviasiyası gün ərzində Rusiya mövqelərinə on zərbə endirib.

Raket qoşunları və artilleriya döyüşçüləri üç komanda məntəqəsini, canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi dörd ərazini, bir radioelektron stansiyanı və bir körpünü sıradan çıxarıb.

Milli.Az