Filarmoniyada bəstəkar Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçirilib - VİDEO - FOTO

19 Oktyabr 2022 17:30

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçirilib.  Tədbirdə ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, bəstəkarın yaradıcılığının çoxsaylı pərəstişkarları iştirak ediblər. Bəstəkarın "Müşfiq Ağıları" Oratoriyası (Libretto müəllifi: Sabir Rüstəmxanlı) ilk dəfə olaraq Filarmoniyanın səhnəsində səsləndi.

Oratoriya tamaşaçıların diqqətinə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, eləcə də Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor - Azərbaycanın Xalq artisti Gülbacı İmanova) tərəfindən təqdim olunmuşdur. Konsertim solistləri Xalq artisti Azər Zeynalov (tenor), Əməkdar artistlər Səbinə Əsədova (mezzo-soprano) və İlham Nəzərov (bariton), Nigar Tağıyeva (soprano), İlahə Fəda (xanəndə).

Gecənin aparıcısı Kamran M.Yunis olmuşdur.

"Müşfiq ağıları" oratoriyasının premyerası təkcə bəstəkar və ifaçıların yaradıcılıq fəaliyyətində deyil, həm də ölkənin mədəni həyatında parlaq hadisəyə çevrildi. 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az