Ronaldunun davranışı tənqid edildi

20 Oktyabr 2022 21:14

İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker "Mançester Yunayted"in ulduz futbolçusu Kriştianu Ronaldunun "Tottenhem"lə oyundakı davranışını şərh edib.

"Bu, qəbuledilməz davranışdır. Çox pis!" - deyə 61 yaşlı Q. Lineker vurğulayıb.

Xatırladaq ki, portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu ötən gün "Mançester Yunayted"-"Tottenhem" matçı (2:0) bitməmiş "Old Trafford" stadionunu tərk edib. Bununla da həlledici oyunda onu meydana buraxmayan baş məşqçi  Erik Ten Haqa etirazını bildirib.

Milli.Az